Bu gün siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədovu polislər saxlayıb.
Bir müddət sonra Zəfər Əhmədom Xətai rayon məhkəməsinə aparılıb. Məhkəmə onun 30 sutkalığa inzibati həbsə məruz qoyulması haqqında qərar çıxardıb.
Z.Əhmədli küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılır.
Ancaq yaxınları deyir ki, ittiham saxtadır, Z.Əhmədlini evindən aparıblar:
“Bir neçə gündür Bakıda yox idi, bu gün (iyulun 27-də – red.) saat 3-də qayıdıb. Evə çatandan az sonra evə polislər gəlib. Qapını açmayıb. Evin işıqlarını kəsiblər. Zəfər Əhmədli evdən çıxanda aparıblar. Bu adam harda inzibati xəta törətdi?”
Zəfər Əhmədovun həbsinin gerçək səbəbinin Feysbukdakı fəaliyyətinin olduğu şübhə doğurmur.