Siyasət

APA holdinqin saytlarına giriş bloklanıb

1 dəqiqə
APA holdinqin saytlarına giriş bloklanıb

Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı ilə bağlı məlumat yayan APA informasiya agentliyi təhrifə yol verib.

“24 saat.org” xəbər verir ki, sözügedən xəbərin yayılmasının ardınca APA holdinq  “APA yanlışlığa görə üzr istəyir” başlığı ilə məlumat yaysa da, agentliyin bu üzrü qəbul edilməyib.

Üzr yazısından bir qədər sonra APA holdinqin apa.az, lent.az, apasport.az və digər saytlarına giriş bloklanıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun