APA Holdinqin əməkdaşı Ramiz Mikayıloğlu hüquq-mühafizə orqanlarına aparılıb.
Prezident İlham Əliyevin çıxışını yazarkən təhrifə yol vermiş və bununla da holdinqin fəaliyyətinin dayandırılmasına səbəb olmuş müxbir Ramiz Mikayıloğlu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqlla Mübarizə İdarəsinə aparılıb.
APA Holdinqin ofisində əmlakı siyahıya alınır. Avqusutn 1-i axşam saatlarından etibarən fəaliyyətini dayandırmış holdinqin əmlakı hazırda inventarizasiya üzrə siyahıya alınır. Holdinqin bundan sonrakı taleyi ilə bağlı isə əməkdaşlara heç bir məlumat verilməyib. İşçilərə bildiriblər ki, evə gedib gözləsinlər və lazım olarsa, onlar işə çağırılacaqlar.
Qeyd edək ki, APA holdinqə daxil saytlar dünəndən etibarən fəaliyyətini dayandırıb. Ölkə başçısı İlham Əliyevin çıxışının təhrif edilmiş formada yayılması “APA Holding”in bağlanması ilə nəticələnib.
Sözügedən xəbərin yayılmasının ardınca APA holdinq “APA yanlışlığa görə üzr istəyir”(apa.az/daxili_siyaset/apa-nin-aciqlamasi-5508).html) başlığı ilə məlumat yaysa da, bir qədər sonra holdinqə daxil olab bütün saytlara giriş dayanıb.
Məsələ ilə bağlı APA holdinq rəhbəriyi və Mətbuat Şurasından heç bir rəsmi açıqlama verilməyib.