11 Avqust 2018
Mətni dəyiş
10 avqust 1920-ci ildə Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb.
Rusiya K(b)P-nin Qafqaz Bürosunun qərarına əsasən, həmçinin Azərbaycanın Qarabağ və Zəngəzur bölgələri Ermənistan SSR-lə “mübahisəli ərazilər” elan olunub. Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti güdürdü. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov buna qarşı çıxsa da, nəticəsi olmadı. 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana birləşdirildi.
Sonrakı illərdə Qazaxın dağlıq hissəsi – Dilican ərazisi, 1927-ci ildə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, 1929-cu ildə Zəngəzurdan Nüvədi, Tuğut və Yernəzir kəndləri, Naxçıvandan 9 kənd Ermənistana verildi.