NİDA-çı heykəl məhbusu Bayram Məmmədovun bəlli olmayan səbəblərdən karsa salındığı bildirilir.
Sabah vəkili ilə görüş gözlənilir və ümid edirik ki, səbəblər müəyyənləşəcək.
Bayram Məmmədov 2016-cı ildə Heydər Əliyevin heykəlində yazdığı "Qul bayramınız mübarək" yazısına görə həbs edilib. Beynəlxalq hüquq müdaifəçiləri onu siyasi məhbus kimi tanıyıb. Həbsə olduğu zaman ərzində təzyiqlərə məruz qalıb.
NİDA Vətəndaş Hərəkatı siyasi məhbuslara qarşı bütün təzyiqləri pisləyir və hakimiyyəti Bayram Məmmədovu karsdan azad edib, vicdanla hərəkət etməyə çağırır.