Bu gün həbsdə olan şairin doğum günüdür [video]

Bu gün həbsdə olan şairin doğum günüdür [video]
29 Avqust 2018
Mətni dəyiş

Vicdan məhbusu, şərlənərək 6 il azadlıqdan mərhum edilmiş satirik şair Tofiq Həsənlinin bu gün doğum günüdür.

3-cü ildir ki, həbsdə olan şairin 48 yaşı tamam olur.

Şairin anası Zərifə Cəlalova oğlunun haqsız həbsilə bağlı deyib: "Oğlum şeir yazdığına görə həbs edilib. Tofiqə zamanın Sabiri deyirlər. Mənə yalan danışmaq ayıb olar. Tofiq müqəddəs yerlərin hamısını ziyarət edib. Tofiqin mərsiyələri məclislərdə deyilir.

Mən əl xəttiylə yazıram, qüsura baxmayın. 70 il əvvəl oxumuşam, yaşım 80-nə çatıb. Mən bu məktubu göz yaşımla yazıram. Mənim bir qızım əlildir. Bizi Tofiq saxlayırdı, onu da həbs etdilər. Deməyə sözüm çoxdur, amma hamısını deyə bilmirəm”.

[embed]https://www.youtube.com/watch?v=Q6PFW6WbL3Q&feature=youtu.be[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun