Siyasət

Bu gün onun doğum günüdür

1 dəqiqə
Bu gün onun doğum günüdür

43 istiqlalçı deputatdan biri olan Şahmərdan Cəfərov, bu gün onun doğum günüdür.

Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975-1977-ci illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində orta ixtisaslı hüquq məktəbini bitirib. 1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb. 1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb.

O, 1990-cı ildə Şərur rayonundan parlamentə üzv seçilib.
1995-ci il mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib. Bundan təqribən 3 həftə sonra, iyunun 17-si Kələkidən - eks-prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib.

İstintaq materiallarına görə beş güllə yarası alıb.

İyunun 26-da Bakıya - Şüvəlandakı istitaq təcridxanasına köçürülüb, iyunun 29-da isə dustsqlar üçün nəzərdə tutulan hospitalda vəfat edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun