Cəmiyyət

Gəncə şəhərinə yeni icra başçısı təyin edilib

1 dəqiqə
Gəncə şəhərinə yeni icra başçısı təyin edilib

Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ölkə başçısı həmçinin Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun