Qubad İbadoğlu
Əslində Elman Rüstəmovun narahatlığı başa düşüləndir. Biz dəfələrlə demişik, indi də təkrar edirəm dedi ki, Azərbaycan Okeanda yalqız bir ada deyil ki, dünyada, xüsusilə də yaxın qonşularda baş verənlər ona təsir göstərməsin. Bu hakimiyyət 15 ildir ki, milli iqtisadiyyat qura bilmir. Bəlkə də onu heç istəmir. Çünki, son 1 ildə baş verənlər idxala nəzarət edən məmur-oliqarxların maraqlarına xidmət edir. Baxın, bu ilin 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlər 14,1 faiz, kredit qoyuluşları 19,3 faiz azalıb. Bu o deməkdir ki, iqtisadiyyat daxildən qidalanmır. Bununla yanaşı son 2 ayda (may və iyunda) ixracın aşağı düşməsi fonunda 2018-ci ilin yanvar-iyun ayları üzrə idxal əməliyyatları ötən ilin müvafiq dövrünə nisbətən 37 faiz artıb. Bu isə o deməkdir ki, daxildə qazanılan əlavə dəyər, kapital ölkədə qalmır, "xaricə qaçır". Son 6 ayda ixracatda xam neft, neft məhsullar və qazın birlikdə payı 90 faizə çatıb.Bütün bunlar da Azərbaycan iqtisadiyyatının xarici şoklara həssaslığı artırır. Xarici ticarət tərəfdaşların, xüsusilə də Türkiyə, Rusiya və İranın valyutalarının ABŞ dollarına nisbətdə dəyərini sürətlə itirməsi manata təzyiqləri artırıb, idxalı stimullaşdırırb qeyri-neft məhsullarının ixrac rəqabət qabiliyyətini aşağı salıb. Fikrimcə, bir ölkənin iqtisadiyyatını inkişafdan saxlamaq üçün bundan artığına gərək yoxdur. Arxasında heç bir iqtisadi məntiq olmadan ABŞ dollarına nisbətdə inzibati vasitələrlə sabit saxlanılması kökündən yanlış siyasət olmasına baxmayaraq onu 1 il 5 aydır ki, onu davam etdirirlər. Odur ki, mən Elman Rüstəmovun məntiqini başa düşsəm də onun daşıdığı məsuliyyəti heç vaxt üzərimə götürməzdim. Yeri gəlmişkən, Fitch beynəlxalq agentliyi Azərbaycanın uzunmüddətli emitent defoltu reytinqini xarici valyutada "BB+", başqa sözlə möhtəkir xüsusiyyətləri olan riskli öhdəliklər səviyyəsində təsdiqləyib. Bu da o deməkdir ki, bundan sonra qazanılanlar yüksək faizlərə ödəniləcək.