“Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün hazırlıq işləri görülür. Qurultayın gününün təyin edilməsi hazırlıq işlərinin gedişindən asılıdır”
Bunu “Report”a açıqlamasında partiyanın başqanı Arif Hacılı deyib.
O qeyd edib ki, ilin sonuna kimi qurultayın keçirilməsi nəzərdə tutulur.
“Partiyanın növbəti qurultayında nazmidəliyinizi irəli sürəcəksinizmi?” sualına A.Hacılı “Namizədliyin irəli sürülməsi mərhələsi irəlidədir” - deyərək cavab verib.
Xatırladaq ki, partiyanın sonuncu qurultayı 2014-cü ildə keçirilib, səsvermə ilə Arif Hacılı partiyanın başqanı seçilib. Bu ilin onun səlahiyyət müddəti başa çatır.