Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi status ilə bağlı konvensiya imzalandı.
AzadlıqRadiosunda olan məlumata görə, sənədi avqustun 12-də Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev deyib ki, sammitdə qəbul edilən qərar, əməkdaşlığın gələcəkdə daha da inkişafına xidmət edəcək.
“Xəzərin hüquqi statusunun müəyyən edilməsi,dənizin dibi və səthinin beynəlxalq qanun əsasında bölünməsinə xidmət edəcək”, İlham Əliyev bildirib.
Rusiya prezidenti Vladimir Putin isə deyib ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi, xəzəryanı ölkələr arasında yeni tərəfdaşlıq səviyyəsində müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanı açır.
İran prezidenti Hassan Rohani isə bildirib ki, Xəzərin dibindəki neft və qaz sərvətlərinin bölünməsi sahilyanı ölkələr arasında yeni razılaşma tələb edir və bu məsələ qarşılıqlı razılıq əsasında həll olunmalıdır.
AzadlıqRadiosunun Aktauda olan əməkdaşı Bruce Pannier radionun Azərbaycan xidmətinə eksklüziv müsahibəsində deyib ki, xəzərin dbindəki resursların gələcəkdə qarşılıqlı razılaşma əsasında bölünməsini, əsasən İran prezidenti Hassan Rohani təkid edib.O bildirib ki, bu məsələ hələ gələcəkdə əlavə müzakirəyə çıxarılmalıdır. Bundan başqa İran istəyir ki, dənizlə gələcəkdə ümumiyyətlə hərbi texnika və ya digər hərbi avadanlıqlar daşınmasın.
İran prezidenti Hassan Rohani qeyd edib ki, konvensiya, Xəzər dənizi ərazisindən digər xəzəryanı ölkəyə qarşı təcavüzkar məqsədlər üçün istifadə edilməsini qadağan edir.
O bildirib ki, təkcə konvensiya qəbul etmək yox, onu uğurla həyata keçirmək lazımdır.
İran prezidenti bildirib ki, bugünkü konvensiya Xəzər regionunda problemlərin həllində “əsas sənəd” olacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə bildirib ki, tərəflər konvensiyanın müddəalarını həyata keçirmək üçün "xarici işlər nazirliklərinin himayəsi ilə müntəzəm məsləhətləşmələr üçün xüsusi mexanizm" yaratmaq razılığına gəliblər.
Türkmənistan prezidenti Qurbanqulu Berdımukhamedov növbəti görüşün Türkmənistanda keçirilməsini təklif edib.
“Xəzər dənizində insidentlərin qarşısının alınması barədə razılaşma, şübhəsiz ölkələrimiz arasında etibarı möhkəmləndirəcək.Bütün məsələləri yalnız danışıqlar yolu ilə həll etmək lazımdır” Berdımukhamedov vurğulayıb.
RİA Novosti-nin yazdığına görə,sənədə əsasən Xəzərin səhti, tərəflərin ümumi istifadəsində qalır,dibi və yeraltı issəsi isə qonşu ölkələr arasında beynəlxalq qanuuna uyğun olaraq ikitərəfli razılaşma əsasında bölünür.
Bundan başqa kəmiçilik,balıqçılıq,elmi tədqiqatlar və magistral boru kəmərlərinin çəkilməsi tərəflərin razılaşdığı qaydalar əsasında həyata keçirilir.
Dənizdə iri layihələr həyata keçiriləndə isə ekoloji faktor mütləq nəzərə alınmalıdır.
Mənbə yazır ki, bundan başqa konvensiya, qeyri-region ölkələrindən olan hərbi qüvvələrinin Xəzərdə iştirakını qadağan edir və 5 xəzəryanı ölkə dənizin təhlükəsizliyi və onun resurslarından istifadəyə görə cavabdehlik daşıyırlar.
Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrakhmanov bundan əvvəl bildirmişdi ki, 5 xəzəryanı dövlət ölkələrin suverenliyi, naviqasiya, sualtı boru kəmərləri və digər əsas məsələlər üzrə konsolidasiya edilmiş bir yanaşma əldə ediblər.
Yekun sənəd ərazi suları, dəniz sərhədləri, naviqasiya qaydaları, balıq ovu hüquqları, ekologiya məsələləri və ən mühümü, dənizin sərvətlərindən istifadənin tənzimlənməsini nəzərdə tutur.
Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə-Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan arasında danışıqlar gedir.Danışıqlar 20 il bundan öncə başlamışdı.