4 Avqust 2018
Mətni dəyiş
Bu gün Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) növbəti iclasını keçirdik.
İclasda siyasi məhbuslarla bağlı son durum, insan haqlarının vəziyyəti, siyasi məhbus siyahısının yenilənməsi və digər məsələr müzakirə olundu.
Müzakirələr nəticəsində məlum oldu ki, son 8 ayda 19 siyasi məhbus azadlığa çıxıb. Onların 11- i əfv sərəncamı ilə, qalanları isə cəzalarını çəkərək və ya şərti cəza ilə azadlığına qovuşub. Azadlığa çıxdığına görə 19 nəfərin adı siyahıdan çıxarılıb. Həbs olunan, həbsində siyasi motivlər olduğuna görə aşağıda adları qeyd olunan 9 nəfər isə siyasi məhbus kimi tanınıb və adları siyahıya daxil edilib;
1. Şamxal Eyvazov
2. Firudin Zeynal
3. Aqil Məhərrəmli
4. Babək Həsənov
5. Ruslan Nəsirli
6. Saleh Rüstamov
7. Vidadi Rüstəmli
8. Orxan Baxışlı
9. Əbülfəz Bünyatov
Qərara alınıb ki, son zamanlar həbs olunan, həbsində siyasi motivlər olan şəxslərlə bağlı araşdırmalar davam etdirilsin.
İclasda SMMM üzvü Zəfər Əhmədlinin qanunsuz inzibati həbsi pislənilib. Onun və bütün siyasi məhbusların azad olunması tələb edilib.
Son zamanlar Gəncə hadisələri ilə bağlı kütləvi həbslərin aparılması, bəzi şəxslərin müəmmalı şəkildə öldürlüməsi, fotosunun sosial şəbəkələrdə yayılması, nəşinin ailəsinə verilməməsindən ciddi narahatlıq ifadə olunub. SMMM adından hakimiyyəti bu qanunsuz hərəkətləri dayandırmaq çağırışı edilib.
Qərar alınıb ki, SMMM- in təşkilatçılığı ilə "Son olaylar konteksində siyasi məhbus məsələsi və Azərbaycanda insan haqları problemi" mövzusunda toplantı keçirilsin.
Oqtay Gülalıyev