Rusiyanın müxalifət lideri Aleksey Navalnıy bu gün həbsxanadan azad edildikdən dərhal sonra yenidən həbs edilib.
Həbs cəzasını başa vurduqdan sonra Navalnıy icazəsiz nümayiş keçiridiyinə görə yenidən 30 gün həbs cəzasına məhkum edilib.
Qeyri-qanuni nümayişlər təşkil edən Navalnıy son illər dəfələrlə həbs edilib. Onun son həbsi son zamanlar Rusiyada hökumətin pensiya yaşını qadınlar üçün 60, kişikır üçün isə 65-ə qaldırmasına qarşı etirazların baş qaldırdığı vaxta təsadüf edir. Ölkə boyu pensiya islahatlarına qarşı etirazlar zamanı yüzlərlə insan həbs edilib.
Navalnıy müxalif fəaliyyətlərinə görə ittihamlarla üzləşib. Mart ayında keçirilən prezident seçkilərində namizədliyini irəli sürən Navalnıy pul mənimsəmə ittihamlarına görə yarışdan kənarlaşdırılıb. O, ittihamları saxta adlandırıb.