Bu gün Varşavada ATƏT DTİHB-nin insan hüquqlarının ölçülməsi üzrə konfransı çərçivəsində Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyətlə bağlı paralel dinləmələr keçiriləcək.
Tədbirin təşkilatçısı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutudur (RATİ).
Azərbaycan insan hüquqlarının pozulması ilə bağlı uzun və uğursuz tarixə malikdir. Vətəndaş cəmiyyəti məkanının daraldılmasının davam etməsi 2014-cü ildə bir neçə milli və Azərbaycanda yerləşən beynəlxlaq QHT-nin müxtəlif ittihamlarla cinayət təqiblərinə məruz qaldığı zaman bu məkanın ciddi şəkildə daralmasına gətirib çıxardı.
Problemlər bu gün də davam edir, belə ki, bu təşkilatların bəziləri ölkə daxilində fəaliyyətlərinin həyata keçirilməsində çətinliklərlə üzləşirlər. Azərbaycan hakimiyyəti dəfələrlə fundamental azadlıqlara etinasızlıq nümayiş etdirib, RATİ rəhbəri Emin Hüseynov belə hesab edir.
Ondan başqa tədbirdə Polşanın "Uniya" Fondunun rəhbəri və "Şərq Tərəfdaşlığı" vətəndaş cəmiyyəti forumunun rəhbər komitəsinin sədri Kşiştof Bobinski və Avropa Şurasının QHT Konfransının prezidenti Anna Rurka məruzəçi olacaq.