Amma, bu tələbin Paşinyanın oğlunu Azərbaycana, Qarabağa göndərməsi ilə bağlı qərarına heç bir aidiyyətı yoxdur.
Bu sözləri Müsavat başqanı Arif Hacılı deyib.
Azərbaycan xalqı həmişə İlham Əliyevdən və yüksək vəzifəli məmurlardan övladlarını hərbi xidmətdən saxlamamağı tələb edib. Bu tələb mitinqlərdə də, sosial şəbəkələrdə də daim səslənib.
Biz həmişə demişik ki, kimlərsə ölkənin sərvətlərinə sahib, kimlərsə problemlərinə məsul ola bilməz. Hər birimiz bu ölkənin sərvətlərinə də, dərdlərinə də şərikik.
Amma, bu tələbin Paşinyanın oğlunu Azərbaycana, Qarabağa göndərməsi ilə bağlı qərarına heç bir aidiyyətı yoxdur.
Bu tələblər irəli sürüləndə xalqımızın Paşinyan adlı birinin mövcudluğundan xəbəri yox idi. Biz siyasətçi olaraq bilirdik ki, Yerevanda baş verən mart hadisələrindən sonra qaçıb gizlənən, sonra üzə çıxıb Serjik Sarkisyanın yandaş siyasətçi kimi siyahıya salıb parlamentə buraxdığı Paşinyan adlı biri var.
Paşinyanın iddia etdiyi kimi Azərbaycan xalqının “Paşinyanın oğlu orduda xidmət edir, sən də oğlunu hərbi xidmətə göndər”- deyə tələb irəli sürməsi mümkün deyildi.
Çünki, Paşinyanın oğlu orduda xidmət etmir. Paşlnyanın oğlu indi Qarabağ ərazisini nəzarətdə saxlayan, beynəlxalq hüquq normalarına görə Suriyada, İrakda olan qanunsuz silahlı dəstələrdən fərqlənməyən silahlı dəstələrdən birinin üzvü, elə həmin normalara görə hərbi cinayətkardır.
Paşinyan bu açıqlaması ilə, hətta Ermənistan tərəfindən müstəqil olaraq tanınmayan ərazidə qanunsuz silahlı dəstələrin təşkilatçısı olduğunu etiraf edib.
Gün gələr, bu haqlı mövqeyimizin bütün dünyada, beynəlxalq məhkəmələrdə qəbul edilməsinə də nail olarıq.