ATƏT-in baş katibi Tomas Qreminger sentyabrın 11-də Azərbaycana səfər edəcək.
Bu barədə Turana Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək:
"Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".
H.Hacıyev əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı istisna deyil.
Xatırladaq ki, Tomas Qreminger sentyabrın 4-də Ermənistanda işgüzar səfərdə olacaq. Onun səfəri regional xarakter daşıyır.