Dünya

Giorgi Marqvelaşvili prezidentliyə namizəd olmayacaq

1 dəqiqə
Giorgi Marqvelaşvili prezidentliyə namizəd olmayacaq

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu il oktyabrın 28-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. Hazırkı prezident bu barədə qərarını açıqlayaraq deyib: “Mən bu seçkilərdə iştirak etməyəcəm. Lakin gələcəkdə də ölkəmə xidmət edəcəyəm”.

Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ilin oktyabrında Gürcüstan Prezidenti seçilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun