Gürcüstan Səhiyyə nazirliyi xroniki xəstəliyi olan insanları dərmanla təmin etmə proqramını genişləndirib. Sentyabrın 3-dən etibarən məhdud imkanlı şəxslər və xroniki xəstə təqaüdçülər üçün dərmanların qiyməti xeyli aşağı - 50-82% olacaq. Qiymətlər ürək damar sistemi, qalxanabənzər vəzi, ağ ciyərin xroniki xəstəliyindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. Təqribi 30 adda dərman almaq üçün əhali ya ailə həkiminə ya da ərazi həkiminə müraciət edib resept və forma N100 əldə etməlidir. Əhali dərmanları PSP aptek şəbəkəsində endirimlə resept və şəxsiyyət vəsiqəsi təqdim etməklə əldə edə bilər. Proqram iştirakçıları lazım olanları 3 ay əvvələ əldə edə bilər. 2017-ci ilin iyul ayından Səhiyyə Nazirliyi sosial təminatı olmayan xroniki xəstəliyi olan əhaliyə simvolik 1 lariyə 23 adda dərman almaq imkanı verən proqram başladıb. 13 avqust 2018-ci il tarixindən Gürcüstanın bütün əhalisi 2-ci tip şəkərli diabetin mualicəsi üçün dərmanları 50 faiz endirimli əldə edə biləcək.