Dünya

İran: Neftimizi dünya bazarından çıxarmaq mümkün deyil

1 dəqiqə
İran: Neftimizi dünya bazarından çıxarmaq mümkün deyil

ABŞ İran neftini dünya bazarlarından çıxarda bilməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijan Namdar Zəngənə deyib.

“Ortamüddətli perspektivdə bu mümkünsüzdür. ABŞ-ın hədəfi qısamüddətli perspektivdə İranın neft ixracını sıfıra çatdırmaqdır. Bu arzu heç vaxt reallaşmayacaq”, – deyə o bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun