Müsavat Partiyasının üzvü Əziz Qəhrəmanov XİN qarşısında təkbaşına mitinq keçirdiyinə görə cəzalandırılıb
Sentyabrın 17-də Yasamal Rayon Məhkəməsində onun barəsində 10 günlük həbs qətimkan tədbiri seçiləcək.
Onun "günahı" odur ki, sentyabrın 15-də - Bakının erməni-rus və ingilis işğalçı silahlı qüvvələrindən azad edilməsinin 100 illiyində Xarici İşlər Nazirliyinin qarşısında təkbaşına piket keçirərək Ermənistanla danışıqların imitasiyasına son qoyulmasını tələb edib.