Dünya

Özbək hüquq müdafiəçisi vətəninə qayıdıb

1 dəqiqə
Özbək hüquq müdafiəçisi vətəninə qayıdıb

Özbəkistanın tanınmış insan haqları müdafiəçisi, mərhum prezident Islam Karimov-un tənqidçisi 10 ildən çox Fransada yaşayandan sonra vətəninə qayıdıb.

Tolib Yokubov sentyabrın 26-də Daşkənd aeroportunda qohumları, dostları, həmkarları tərəfindən qarşılanıb.

Özbəkistan İnsan Haqları Cəmiyyətinin qurucusu olan Yokubov 2007-ci ildə ölkədən çıxmalı olub, 2014-cü ildə hakimiyyət onun vətəndaşlığını alıb.

Onun AzadlıqRadiosu-na deməsinə görə, Parisdəki Özbəkistan səfirliyinin rəsmiləri avqustun ortasında ona zəng edib və bir illik vizayla ölkəsinə dönə biləcəyini söyləyib.

78 yaşlı fəal Fransa vətəndaşıdır.

Onun Özbəkistan vətəndaşlığının bərpa olunub-olunmayacağı bəlli deyil.

Gələn ay Özbəkistan prezidenti Shavkat Mirziyoev Fransaya səfər etməlidir.

O, hakimiyyətə gələndən ölkədə insan haqlarının durumu düzəltmək vədi verib, hökumət strukturlarında dəyişikliklər edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun