Bir neçə gündür Güney Azərbaycandan başlayaraq dünyanın müxtəlif ölkələrində azərbaycanlıların rəqs etdiyi “Səni deyirlər” mahnısına oynayan Haniye adlı qız haqda xəbər var.
Haniyenin həbs olunması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.
Məsələ haqda isə İranın heç bir saytında məlumat verilməyib.
Xatırladaq ki, İran İslam Respublikasında qadınların baş örtüyü olmadan gəzməsinə icazə verilmir. Haniyənin rəqsində isə örtüyü açılır və onu bağlamır.