Siyasi məhbusa qarşı ədalətsizlik edilir

Siyasi məhbusa qarşı ədalətsizlik edilir Foto: sosial media
3 Sentyabr 2018
Mətni dəyiş

“Müsəlman Birliyi Hərəkatı”nın üzvü Əhsən Nuruzadəyə qarşı qanunsuzluq edildiyi bildirilir.

Bu barədə Operativ.tv-yə Əhsən Nuruzadənin ailəsi məlumat verib.

Məlumatda vurğulanır ki, Əhsən Nuruzadə 17 avqust 2018-ci ildə 13 saylı Cəza Çəkmə Müəsisəsinə köçürülüb.

Artıq onun zəmanət vaxtı bitməsinə baxmayaraq həbsxanadakı məhbusların arasına buraxılmır.

Ailəsi Əhsən Nuruzadəyə qarşı həbsxana rəhbərliyinin tətbiq etdiyi qanunsuzluğun ləğv edilməsini istəyir.

Hadisə barədə hüquqşünas Samirə Ağayeva münasibət bildirib.

O, qeyd edib ki, AR Cəzaların icrası məcəlləsinin 71.2. Maddəsinə əsasən cəzaçəkmə müəssisələrinə yeni qəbul edilmiş məhkumlar iki həftəyədək müddətə başqa məhkumlardan ayrı saxlanılırlar. 71.3. Maddəsinə əsasən isə məhkumların ayrı saxlandığı müddətdə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən onların ana dilində və ya bildikləri başqa dildə hüquq və vəzifələri, qanunla nəzərdə tutulmuş əmək və istirahət şəraiti izah olunmalı, cəzanın icrasını tənzimləyən qanunvericilik aktları və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə tanış olmaları üçün şərait yaradılmalıdır.

“Yəni yalnız iki həftəyədək ayrı saxlanıla bilər. Ondan artıq pozuntu hesab olunur”, deyə Samirə Ağayevə qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun