Avropa Şurası yanında beynəlxalq QHT Konfransının İnsan Hüquqları Komitəsi bloger Mehman Hüseynova qarşı ittihamın götürülməsini alqışlayır. Bu barədə Komitənin məlumatında bildirilir.
Komitə həmçinin ittihamın götürülməsinə bir gün qalmış AŞ-da ekstren müzakirələr zamanı dialoqa görə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinə təşəkkürünü bildirib.
"Biz Azərbaycan hakimiyyətini bu xətti davam etdirməyə, mühakimə olunmuş hüquq müdafiəçilərinin və ölkədən çıxışına qadağa qoyulmuş vətəndaş cəmiyyəti fəallarının barəsində hökmlərə yenidən baxmağa, Mehman Hüseynova dəstək aksiyasında iştiraka görə həbs olunanların azadlığa buraxılmasına çağırırıq", - Komitənin rəhbəri Saymon Matiysenin bəyanatında deyilir.