Müsavat Partiyasında aclıq aksiyası, Mehman Hüseynova dəstək məqsədi ilə dinləmələr olub.
Bloger Mehman Hüseynov dekabrın 26-dan başladığı aclıq akasiyasını 16-cı gündür davam etdirir.
İctimaiyyətin nümayəndələri isə blogerə dəstək məqsədi ilə Müsavat Partiyasının qərargahında artıq 9-cu gündür “Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə aclıq aksiyası keçirir.
Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu aclıq aksiyasının dünyada geniş əks-səda doğurduğunu bildirib.
[caption id="attachment_72292" align="aligncenter" width="950"] Tofiq Yaqublu[/caption]“Bu gün Almaniyada yaşayan azərbaycanlılar Berlində Azərbaycan səfirliyi qarşısında acılıq aksiyasına başlayıb. Dünyanın nüfuzlu təşkilatları və şəxsləri də Mehman Hüseynov və bütün siyasi məhbuslara dəstək məqsədi ilə bəyanatlarla çıxış edir”, o Amerikanın Səsinə deyib.
Aclıq aksiyasına yeni qoşulan Natiq İsrafilli Rusiyada yaşayır. O, azərbaycanlı kimi ölkədə azadlıqların bərpa olunmasını istədiyini bildirir.
Aksiya iştirakçılarına dəstək məqsədi ilə ziyalılar, ictimai-siyasi xadimlər onlara baş çəkməkdədir. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hökuməti bütün siyasi məhbusları azad etməyə çağırır.
Acılq aksiyası həmçinin çoxsaylı ictimai-siyasi təşkilatlar tərəfindən dəstəklənir.
Bu gün Müsavat Partiyasının qərargahında Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq tələbi ilə dinləmələr keçirilib. Çıxış edən natiqlər hakimiyyətin etiraf etməməsinə baxmayaraq, ölkədə 150 nəfərdən çox siyasi məhbusun olduğunu vurğulayıb, bu halı birmənalı pisləyib.
Dinləmələrdə siyasi məhbus kimi tanınan şəxslərə qarşı həbs yerlərində işgəncələr də diqqət mərkəzində olub. 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs edilən Abbas Hüseynin anası Rəhimə Hüseynova oğluna və Nardaran məhbuslarına ağır işgəncələr verildiyini bildirib.
Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev də işgəncə faktlarından danışıb.
Öz növbəsində Penitensiar Xidmət məhbuslara qarşı işgəncə və qeyri-insani rəftarla bağlı deyilənləri qəbul etmir.
“Bütün məhbuslar qanunvericiliyə uyğun olaraq daxili intizam qaydaları əsasında saxlanılır. Hər hansı məhbus işgəncə və ya qeyri-insani rəftara məruz qalmır. Əgər faktları varsa Penitensiar Xidmətə şikayət etsinlər, araşdırılsın”, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
[caption id="attachment_72293" align="aligncenter" width="1500"] Mehman Hüseynov[/caption]Hazırda Müsvat Partiyasının qərargahında 6 nəfər aclığı davam etdirir. Bunlar aclıq aksiyasına yanvarın 6-dan qoşulan Elşad İsrafilli, Fuad Rəhimli, Mübariz Fətullayev, Rövşən Niftalızadə və aksiyaya bu gün, yanvarın 10-da qoşulan Natiq İsrafildir.
Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atmaq iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanılarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqer həbs müddətinin başa çatmasına iki ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.
Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 5 ildən 7 ilə kimi həbs cəzası verilə bilər. Bloqer ittihamı qurama sayır.