Avropa Parlamentinin deputatı Petras Austrevicius özünün Twitter mikrobloqunda həbsdə olan bloger Mehman Hüseynovla bağlı yazıb.
Avropalı deputat deyib ki, Mehman Hüseynovun işini diqqətlə izləyirlər, çünki vəkillər onun adından yayılan müraciətdən təəccübləniblər.
"Mən Mehman Hüseynovun qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıram".
Yanvarın 17-də Avropa Parlamenti təcili qaydada Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etməyi planlaşdırır.
Bloger Mehman Hüseynov ona qarşı yeni cinayət işinə etiraz olaraq dekabrın 26-dan aclıq edir.
https://twitter.com/petras_petras/status/1084771165686693888