Milli Şura 19 yanvara mitinq təyin etdi

Milli Şura 19 yanvara mitinq təyin etdi
12 Yanvar 2019
Mətni dəyiş

Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da mitinq keçirmək haqda qərar qəbul edib.

Bu barədə Abzas.net-ə Milli Şuranın sədri Cəmil Həsənli bildirib. Onun sözlərinə görə, mitinq üçün paytaxt rəhbərliyinə müraciət olunub.

Cəmil Həsənli Bakı Şəhər İcra Hakimiyyətinə göndərdikləri xəbərdarlıq müraciətlərində aksiyanın "Məhsul” stadionu və "Ulduz” metrosunun qarşısındakı meydanı göstərdiklərini deyib.

Milli Şura sədri bildirib ki, aksiyanın əsas tələbi bloger Mehman Hüseynov da daxil olmaqla bütün siyasi məhbusların azad edilməsi, o cümlədən, ölkənin, xalqın büdcəsindən oğurlanan pulların geri qaytarılması, iqtisadi talan siyasətinə son qoyulması olacaq.

Bundan əvvəl Müsavat Partiyası siyasi məhbusların azad olunması üçün aksiya keçirməyi elan etmişdi.

Bakı şəhər icra hakimiyyəti yanvarın 12-nə təyin olunan mitinqə icazə verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun