Mitinq: Minlərlə insan "Mehmana azadlıq!" tələb etdi [Foto-video]

Mitinq: Minlərlə insan "Mehmana azadlıq!" tələb etdi [Foto-video]
20 Yanvar 2019
Mətni dəyiş

Yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası "Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" şüarı ilə mitinq keçirib.

Mitinqin təşkilatçıları elan ediblər ki, məqsəd bloger Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbidir.

Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq”, “Mehman Hüseynova azadlıq”, “Bu vətən bizimdir”, “Biz qalib gələcəyik” və başqa şüarlar səsləndiriblər.

Mitinq keçirilən ərazidə internettdə problem olduğu bildirilir. Bundan əvvəl də, müxalifətin mitinqleri zamani internetlə bağlı oxşar problem yaranıb.

Müxalifət qüvvələri bunun bilərəkdən yaradıldığını deyirlər. Onların fikirincə, belədə aksiyalardan canlı yayım etmək imkanı aradan qalxır. Amma hökumət orqanları indiyə qədər bu məsələ ilə bağlı şikayətlərə rəy verməyiblər.

Əli Kərimli: "Necə olur ki, İlham Əliyevin ətrafında ancaq..."

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də çıxışında suallara yer verib:

"Necə olur ki, İlham Əliyevin ətrafında ancaq korrupsinerlər, oğurular nazir ola bilir. O xüsusi olaraq yalnız ogurularamı vəzifə verir yoxsa, onun ətrafına kim gəlirsə oğuruya çevirilir?"

Əli Kərimlinin çıxışının bu yerində meydandan yenidən “ İstefa” şüraları səslənib.

Əli Kərimlinin vurğulamasına görə, insanlar meydana gəliblər ki, hakimiyyətdən bir sıra məsələləri teləb etsinlər:

"Gəliblər tələb etsinlər ki, siz kimsiniz şəhid ailələrini təhqir edirsiniz?... Siz kim olursunuz ki, uşağın, əsgərin, pensiyaçının, işsizin pulunu oğurlayıb Londondakı ofşorlara yerləşdirirsiniz?"

Azərbaycan rəsmiləri isə korrpsiya iddialarını qəbul etmirlər. Onların deməsinə görə, ölkədə korrupsiya halları ilə ciddi mübarizə aparılır. Üstəlik, rəsmilərin fikrincə, həm ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların ailələri, həm də əlillər dövlətin qayğısı altındadırlar.

"Gürcüstandan geridəyik, artıq Ermənistandan da geridə qalırıq"

Mitinqə dəvət edilənlər arasında olan REAL Partiyasının sədri İlqar Məmmədov da çıxış edib. O dəvətə görə, Milli Şura rəhbərliyinə təşəkkür edib və vurğulayıb ki, bu onun kütləvi mitinqdə ilk çıxışı olacaq.

İlqar Məmmədov deyib ki, əgər Azərbaycanda əsl cümhuriyyət olsaydı bu gün insanlar burda toplaşmazdı. Onun vurğulamasına görə, insanlar bundan da gözəl məkanlarda topalaşaraq Azəbaycandakı demokariya ilə fəxr edərdi.

"Əgər Azərbaycanda əsl Cümhuriyyət olsa idi Milli Məclisdə Azərbaycanın tarixi problemləri, ciddi problemləri müzakirə edilərdi. Ayların adını dəyişməklə məşğul olmazdılar.Azərbaycan son illərdə, giosiyasi rəqabətdə öz qonşularına uduzmağa başlayıb. Gürcüstandan geridəyik".

Partiya lideri bildirib ki, Azərbaycan artıq Ermənistandan da geridə qalır. O, sual edib ki, nəyə görə ölkə geriləməyə başlayıb?

"6 il əvvəl mən həbsə atılanda Azərbaycan rəhbərliyi qeyd edirdi ki, Azərbaycan Cənubi Qafqazın iqtisadiyyat baxımdan 75 faizidir. Hanı o 75 faiz? Azərbaycan iqtisadiyyatı artıq çöküşə gedir. Bu, çöküşdən çıxa bilməyəcək, əgər neftə bağlılıq davam edəcəksə”.

İlqar Məmmədov-un sözlərinə görə, indi Azərbaycan xalqı üçün əhəmiyyətli olan məsələlər bir qıraqda qalıb:

"İndi Azərbaycan xalqının diqqəti qalıb bir neçə gəncin prezidentlə qarşıdurmasında. Azərbaycan dövlətinə belə hal yaraşarmı?".

İlqar Məmmədov həbsdə olan bir sıra gənc fəalların adını çəkib. Həmin şəxsləri siyasi məhbus adlandıraraq onların azadlığa buraxılmasının vacibliyindən danışıb.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Azərbaycan rəsmiləri isə deyirlər ki, indi başlıca hədəf iqtisadiyyatın şaxələndirilməsidir. Onların iddiasına görə, Azərbaycanda yenidən iqtisadi artım təmin edilib.

Azərbaycan Afrika ilə müqayisə edilir

Mitinqdə çıxış edənlərdən biri Müsavat Partiyası Divanını üzvü Tofiq Yaqbulu olub. O iddia edib ki, insanların hüquqsuzluğu baxımından Azərbaycanı XX əsrin 80-ci illərindəki bəzi Afrika ölkələrinə bənzətmək olar.

[embed]https://www.youtube.com/watch?v=bQE1ha9P5K8&t[/embed]

Onun sözlərinə görə, insanlar bu aksiyaya təkcə siyasi məhbuslara azadlıq tələb etməkdən ötrü yox, bütövlükdə Azərbaycanın azadlığı və inkişafına görə gəliblər.

Ölkədə mövcud olan problemlərə görə, Azərbaycan hakimiyyətini tənqid edən Tofiq Yaqublu vurğulayıb ki, mövcud komanda hakimiyytədən getməlidir.

"Özünüz yazdığınız qanunlara əməl edin. Yazmamısınız ki, o qanunlarda insanı şərləmək olar. Qanunlara əməl etmək lazımdır, günahsız insanları azad etmək lazımdır".

Müsavat Partiyası başqanının müavini Saxafət Soltanlı isə deyib ki, bu aksiyanın bir nəçə məqsədi var. Onun sözlərinə görə, əsas məqsədlərdən biri başda Mehman Hüseynov olmaqla bütün siyasi məhbuslarla həmrəylik nümayiş etdirməkdir.

Aksiyanın sonunda qətnamə də qəbul edilib.

Qətnamədə bütün siyasi məhbuslara azadlıq təlb edilib. Eyni zamanda qətnamədə korrpsiya iddiaları ilə bağlı bir sıra məqamlar da yer alıb.

Daha sonra da aksiyanın təşkilatçılarından saxlanan şəxslərin buraxılması, cərimə edilənlərin isə cərimələrinin ləğvi tələb edilib.

Mitinqdən əvvəl saxlanılanların olduğu deyilir

AXCP rəhbərliyinin bildirməsinə görə, bu aksiya ərəfəsində bütünlükdə 100-ə yaxın fəal saxlanıb. Əli Kərimlinin vurğulamasına görə, onlardan bəzilri buraxılsa da, bir çoxları hələ buraxılmayıb.

Deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Rəsmilərin bundan əvvəl bildirməsinə görə, “müxalifətin aksiyalarına xalq dəstək vermir, bu üzdən müəyyən əsassız iddialarla bunu pərdələmək istəyirlər”.

Hakimiyyət rəsmiləri dəfələrlə vurğulayıblar ki, ölkədə sərbəst toplaşmaq azadlığı qorunur.

Rəsmi açıqlama

Mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi də məlumat yayıb. Məlumatda bildirilir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Xatırlatma

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib.

Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloger ittihamı qurama sayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun