"Təəssüf ki, Ermənistanda A nöqtəsindən B nöqtəsinə neft və qaz nəql edən tranzit boru kəməri tikilmir. Biz belə bir boru kəmərində çox maraqlıyıq".
Bu barədə RBK-ya müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırıb-planlaşdırmadığı haqqında suala cavabında bildirib.
Bu sözlərlə Paşinyan faktiki olaraq etiraf edib ki, Ermənistan bu asılılıqdan qurtulmaq istəyir.
İndiki halda bu, İrandan və ya Azərbaycandan qaz kəməri ola bilər.
Rəsmi Bakı Ermənistana boru kəməri qolu çəkərək, onu qaz və neftlə təmin edə biləcəyini istisna etmirdi.