Fransanın sabiq prezidenti Nikolya Sarkozi yanvarın 15-16-da bir qədər gizli şəraitdə Azərbaycana şəxsi səfərə gəlib.
Qarşıda duran səfər barədə anons verilməmişdi. Sarkozinin Bakıda olduğu, prezident İlham Əliyevlə görüşdüyü haqqında ilk məlumat yanvarın 15-də axşam "president.az” saytında yerləşdirilib.
Növbəti gün Sarkozi Fransa Universitetində çıxış edib - keçmiş rəhbərlər adətən yüksək qonorar müqabilində müxtəlif auditoriyalarda məruzə ilə çıxış edir.
Amma beynəlxalq böhran vəziyyətlərində Sarkozinin vasitəçilik rolları və yüksək səviyyəli fransalı qonağın bu elan edilməmiş səfərinin keçirildiyi şəraiti bildiyimiz halda, onun missiyasının yalnız bu hissəsi ilə kifayətlənmək olar?
Sarkozu, sabiqlər sırasında olsa belə, yenə də Fransanın aparıcı müxalif Respublikaçılar Partiyasının lideridir.
"Sabiq prezidentə Fransa xarici siyasətinin elçisi kimi baxmaq olar"
İlk növbədə qeyd etmək lazımdır ki, Sarkozinin səfəri yanvarın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı və prezident Makronun himayəsi altında Qarabağ münaqişəsinin həlli üzrə danışıqların növbəti mərhələsini keçirən Azərbaycan və Fransa xarici işlər nazirlərinin Parisə gəldiyi gün keçirilib.
Görüşün nəticələri haqqında yekun bəyanatlar göstərir ki, prezident Əliyev və baş nazir Paşinyanın görüşünün keçirilməsi üçün platforma hazırlanır. Bu görüş ən tez fevralda və yəqin ki, Parisdə keçirilə bilər.
Niyə ən tez fevralda və Parisdə?
Məlumatdan belə çıxır ki, nazirlərin növbəti görüşü fevralda keçiriləcək, Paris ona görə Əliyev-Paşinyan görüşü üçün real yer ola bilər ki, nazirlərin danışıqlarının gedişatı haqqında Makronun müşavirlərinə məruzə edilib, beləliklə, o, danışıqlar prosesinə nəzarət edib.
"Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi zərurəti barədə razılıq əldə ediblər". ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2018-ci il yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yekunları üzrə bəyanatından.
Hazırda Fransa Rusiya ilə yanaşı Əliyev və Paşinyan arasında vasitəçilik missiyasında daha fəaldır - onların ilk formal görüşləri MDB dövlət və hökumət başçılarının postsovet tədbirlərində keçirilib.
Bu mənada Sarkozi, Fransa siyasətçisi və Kremlin dostu kimi Bakı və Yerevan arasında qeyri-formal vasitəçilik missiyasına hər kəsdən daha çox uyğundur. O, Fransa prezidenti olarkən 2018-ci il "Gürcüstan böhranı”nın nizamlanmasında aparıcı rol oynayıb.
Həmin vaxt Qərbin elçisi kimi Gürcüstan rusları arasında müəyyən güzəştə və Avqust müharibəsinin başa çatmasına nail ola bilib. 2014-cü il Ukrayna böhranı zamanı da, o, özünü təmkinli siyasətçi kimi göstərib, ruslar və ukraynalılar arasında təzimə nail olub.
Bu iki faktdan irəli gələrək (vasitəçilik+mühit), Sarkoziyə Prezident Əliyevi qarşılıqlı güzəştlər yolu ilə Ermənistanla sülhə nail olmaq zərurətinə inandırmağa çalışan Fransa xarici siyasətinin elçisi kimi baxmaq olar. Güzəşt sxemi informasiya şəbəkəsində dolaşır və belə nəticələnir: Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi, DQ-nin müvəqqəti statusu və daha sonra yekun status. Bax, elə bu yekun status nizamlanma prosesində iştirak edən bütün tərəflər üçün problemdir.
Amma bütün bunlara baxmayaraq, nizamlanma prosesinin dinamikası və tərəflərin bəyanatları son əhval-ruhiyyənin formalaşmasından - sülhün bərqərar olunmasından xəbər verir. Bu, xüsusən Ermənistan tərəfin əməllərində aydın şəkildə özünü göstərir, onun "geriyə bir addım belə atılmayacaq" mövqeyi 2018-ci ildə hakimiyyətin dəyişməsindən və vaxtilə Azərbaycanla güzəşt əldə edilməsinin tərəfdarı olan qüvvələrin hakimiyyətə gəlməsindən sonra "əgər belə olsa"ya çevrilib.
Sarkozinin Osmanlı imperiyasında erməni soyqırımın tanınmasındakı səylərini nəzərə alsaq, Ermənistanın onun vasitəçiliyinə etiraz etməsi çətin olacaq, Azərbaycan isə Cənubi Qafqaza yayılması təhlükəsi olan Rusiya-Gürcüstan müharibəsinin lokallaşdırılmasında onun rolunu etiraf etməyə bilməz.
Sarkozinin 2008-ci ildə Gürcüstanla bağlı olduğu kimi, bu dəfə də münaqişənin həlli üzrə öz planının olub-olmadığını demək çətindir, amma bununla əlaqədar 2010-cu ilin iyununda Medvedev-Obama-Sarkozinin Qarabağ münaqişəsi ilə bağlı verdiyi birgə bəyanatı yada salmaq olar. Həmin bəyanatda onlar Ermənistan və Azərbaycan liderlərini Minsk sazişi layihəsinin hazırlanmasına başlamaq üçün münaqişənin nizamlanması üzrə Təməl Prinsiplər üzərində işi sürətləndirməyə çağırırdılar.
Bəyanatda qeyd edilirdi ki, "möhkəm nizamlanma bir sıra prinsiplərə əsaslanmalıdır, onlar arasında, xüsusən, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması; Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarə zəmanətini təmin edən aralıq statusu; Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz məsələsi var".
Turan Analitik Qrupu