Cəmiyyət

Vəkil təkbaşına aksiyaya görə həbs olunan şəxslə görüşüb

1 dəqiqə
Vəkil təkbaşına aksiyaya görə həbs olunan şəxslə görüşüb

Bu gün vəkil Cavad Cavadov Binəqədidə inzibati qaydada həbs olunanların saxlanma təcridxanasında Rafael Hüseynzadə ilə görüşüb.

Xatırladaq ki, o, yanvarın 25-də Bakının mərkəzində siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına keçirdiyi aksiya zamanı saxlanılıb.

Vəkil Turan-ın müxbiri ilə söhbətində bildirib ki, R.Hüseynzadə İnzbati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə 30 sutkalığa həbs edilib.

C.Cavadovun sözlərinə görə, o, saxlanma şəraitindən və ona qarşı davranışdan şikayət etməyib.

Eyni zamanda o, həbs ilə razı deyil.

Bu gün vəkil R.Hüseynzadənin həbsindən apellyasiya şikayəti verib.

Şikayətə nə vaxt baxılacağı hələlik məlum deyil.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun