Belçika kralı Filip dünən ölkənin baş naziri vəzifəsinə Sofi Vilmesi təyin edib. Sofi Vilmes bundan sonra həm baş nazir həm də büdcə və dövlət xidməti üzrə nazir də olacaq. O Belçika tarixində ölkəni idarə edən ilk qadın rəhbərdir.
Vilmesdən öncə baş nazir vəzifəsini "İslahatçı hərakat"ın başçısı Şarl Mişel tuturdu. Şarl Mişelsə Avropa Şurasında Belçika təmsilçisi seçildiyi üçün dekabrın 1-nə qədər baş nazir vəzifəsini boşaltmalıydı. Sofi Vilmes liberal dünya görüşünə sahib siyasətçidir.
