İspaniya diktatoru Françisko Frankonun Madrid yaxınlığındakı "Şəhidlər Vadisi" adlanan fəxri xiyabandakı məzarı ölümündən 44 il sonra çıxarılaraq ailə qəbirsanlığına aparılıb.
Frankonun izlərinin ispan tarixindən silinməsi üçün ölkə parlamentindən 16 aydır mübarizə aparan sosiyalist fraksiya axır ki, diktatorun məzarının fəxri xiyabandan çıxarılmasına nail olub.
Diktatorun ailəsiisə məzardan çıxarılan tabutun üzərinə İspaniya bayrağı ilə bəzədilmiş dəfnə yarpaqlarından əklil qoyub.
[caption id="attachment_83173" align="aligncenter" width="636"]
Diktator Frankonun məzarının yerləşdiyi Şəhidlər Vadisi bundan sonra diktatura qurbanlarının anım yeri olacaq.[/caption]
Frankonun qəbrinin daşınmasını 500 yerli və xarici jurnalist izləyib. İspaniya dövləti diktatorun qalıqlarının çıxarılaraq daşınmasına 63 min avro xərcləyib.
Digər tərəfdən Frankonun qəbrinin fəxri xiyabandan 44 il sonra çıxarılması haqda danışan İspaniyanın baş naziri Pedro Sançez deyib ki, "Əxlaqi baxımdan utanc duyduğumuz bir vəziyyət bu gün sona çatdı".
