28 Noyabr 2019
Mətni dəyiş
Dekabrın 1-də Dünya QİÇS-lə mübarizə günüdür. Bununla bağlı dünyanın müxtəlif yerlərində tədbirlər keçirilir, bu günlə bağlı dünyanın müxtəlif yerlərində QİÇS-lə bağlı maarifləndirici tədbirlər keçirilib, pulsuz QİÇS testləri keçirilir. Ancaq, həkimlərin fikrincə QİÇS-ə yoluxanlar arasındakı 50 yaşdan yuxarı yaşlı insanlar çoxluq təşkil edir və adətən bu xəstəliyə yoluxduğunu çox gec bilir.
Adətən QİÇS-ə yoluxanlar bu xəstəliyin nəsə utandırıcı bir şey olduğunu düşündükləri üçün onla bağlı yoxlanmırlar. Bu cür utancaqlıq adətən 50 yaşdan çox yaşı olan isanlarda olur, onlar QİÇS testindən sonra xəstələndikləri halda diskriminasiya və sosial izolyasiyaya məruz qalacaqlarından ehtiyatlanırlar.
"Bu xüsusilə kiçik şəhərlərdə və kəndlərdə yaşayan insanlar üçün xarakterikdir. Buna görə də onlar adətən həkimə getməyə çəkinirlər, ən azından yerli həkimlərdən ehtiyatlanırlar" - deyə Bohum Universitetinin seksual sağlamlıq üzrə professoru Norbert Brokmayer Alman Dalğası radiosuna bildirib.
Bəzi hallarda QİÇS-lə bağlı əsas yoluxma səbəbi homoseksuallıq olduğuna baxmayaraq QİÇS heç də həmişə seks yolu ilə keçmir. Əslində isə QİÇS virususu diş həkimlərinin yaxşı təmizlənməmiş alətlərindən, təkrar istifadə olunan şpristlərdən də yoluxa bilər. Nəticədə, QİÇS-ə yoluxmuş insanların ancaq 30 faizi bu xəstəliyə cinsi yolla deyil qan yoluyla yoluxurlar.