Cəmiyyət

AXCP fəalı Turan İbrahimin oğurlandığı deyilir

1 dəqiqə
AXCP fəalı Turan İbrahimin oğurlandığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Turan İbrahimi bazar ertəsi saat 13:30 radələrində naməlum şəxslər tərəfindən oğurlandığı deyilir.

Bu barədə onun atası - AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

Onun sözlərinə görə, mülki geyimli üç şəxs Turanın iş yerinə gəlib və onu Bentli markalı 10-CC-010 dövlət nömrə nişanlı avtomobillə aparıblar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun