Yanvarın 20-də Gürcüstanın Buqaşen kəndində erməni hərbçi Avakyana heykəl qoyuldu. Avakyan Qarabağda vuruşmuş, Xocalı soyqırımında iştirak etmişdi. Heykəlin açılışında Gürcüstanın hakimiyyət partiyasının üzvləri, yerli idarəetmə orqanlarının işçiləri və Ermənistanın səfiri iştirak edib. Bəs, bu hadisə Azərbaycanın strateji və enerji tərəfadşı Gürcüstanla münasibətlərə necə təsir edəcək? Bu haqda "Kavkazski Uzel" xəbər agentliyi analitik məqalə hazırlayıb. Məqaləni ixtisarla təqdim edirik.
Fevralın 8-də Tbilisidə, Gürcüstan Parlamentinin önündə azərbaycanlılarının Dağlıq Qarabağ müharibəsi veteranı
Mixail Avakyanın Gürcüstanda heykəlinin qoyulmasına etiraz mitinqi baş tutmuşdu. Mitinq iştirakçıları əllərində Azərbaycan bayraqları və seperatizm əleyhinə şüarlar yazılmış plakatlar tutmuşdular.
Mixail Avakyanın heykəli 2019-cu il yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində qoyulub. Avakyan bu kəntdə anadan olub. O əsgərliyi başa vurduqdan sonra Sverdlovskidən texnikumda oxuyub və ardıyca da Abxaziyada daxili işlər orqanlarında çalışıb. Sonra o Ermənistanın Sarnaxbur kəndinə köçüb. Qarabağ müharibəsi zamanı Avakyan Horadiz, Hadrut, Xocalı və Füzulidə döyüşüb. O 1994-cü ildə Horadiz körpüsünün üstündə snayper gülləsi ilə vurulub və xəstəxanaya aparılarkən dünyasını dəyişib.
[caption id="attachment_74240" align="alignleft" width="453"]
Gürcüstan azərbaycanlılarının Gürcüstan Parlamentinin önündə seperatizm əleyhinə 8 fevral mitinqi.[/caption]
Avaqyanın Buqaşen kəndindəki heykəlini
Qaqik Avakyan adlı başqa bir erməni xeyriyyəçi qoyub. Məsələ orasındadır ki, bu heykəl 1997-ci ildən bu kəntdə qoyulub, amma indiki yerində deyil, köhnə yarıuçuq məktəbin həyətində, indi sadəcə heykəl yenisi ilə əvəz olunub. Ermənilər bunu onla izah edirlər ki, heykəl zədələnibmiş və ona görə də yenisi düzəldilib.
Kavkazski-Uzel saytına müsahibə verən millət vəkili və politoloq
Rasim Musabəyov deyib ki, Gürcüstanda belə heykəl qoymaq “gürcü-azərbaycan münasibətlərinə emosional təsirlər edəcək”
“İki ölkə arasındakı dərin geopolitik, iqtisadi maraqları cılız provokasiyalarla korlamaq mümkünsüzdür. Ola bilsin, bu provokasiya məhz elə azərbaycan-gürcüstan münasibətini zədələməyə yönəlib. Çünki daha əvvəllər də belə cəhdlər olub” – deyə Musabəyov bildirib.
Musabəyov həmçinin bildirib ki, Gürcüstan bu heykəl məsələsinə vecsiz yanaşsa bu iki ölkə rəhbərliyinin münasibətlərində xoş olmayan izlər buraxacaq. O həmçinin vurğulayıb ki, Heydər Əliyevlə Eduard Şvarnadze yaxud İlham Əliyevlə Mixail Saakaşvili arasındakı isti münasibətlər hazırkı Gürcüstan rəhbərliyi ilə yoxdur. Əvvələr dəfələrlə bu iki ölkə xeyli məsələdə bir-birinə kömək üçün müraciət edib və daha çox gürcü tərəfi bu cür köməyə ehtiyac duyub. Belə vəziyyətlər gələcəkdə də olaca bilər – deyə Musabəyov fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi də Avakyanın Gürcüstanda qoyulan heykəlinə görə bəyanat yayıb və Qarabağda Azərbaycan vətandaşlarını öldürən bir insana heykəl qoyulmasına etirazını bildirib.
Azərbaycanda fəaliyyət göstərən “Borçalı” cəmiyyətinin sədri Gürcüstan azərbaycanlısı
Zəlimxan Məmmədli də açıqlama verərək Gürcüstanda Avakyana heykəl qoyulmasını “xoş olmayan hadisə” adlandırıb.
[caption id="attachment_74242" align="alignleft" width="640"]
Gürcüstan azərbaycanlılarının "Borçalı" təşkilatının sədri Zəlimxan Məmmədli.[/caption]
Zəlimxan Məmmədli deyib ki, “Ermənilər özləri etiraf edirlər ki, Avakyan Xocalıda hərbi əməliyyatlarda iştirak edib... İndi isə bu heykəl məsələsini siyasi motivləri olmayan bir hadisə kimi qələmə verməyə çalışırlar. Halbuki, bu yaxşı düşünülmüş siyasi provokasiyadır, axı heykəlin açılışında Gürcüstan parlamentinin hakimiyyətə olan partiyadan deputatları, hökümət adamları, hətta Ermistanın Gürcüstandakı səfiri də iştirak edib”.
Zəlimxan Məmmədli Gürcüstan azərbaycanlılarının gürcü hakimiyyətinə loyal olduğunu və provokasiyalara uymayacaqlarını deyir, ancaq gürcü hökümətinin azərbaycanlılara qarşı müsbət münasibətdə olduğunu düşünmür.
“Gərək bu faktı qeyd edək ki, “Gürcü arzusu” hökümətinin özündən əvvəlki hökümətlərin əksinə Azərbaycana və Türkiyəyə qarşı fobiyası var. Bundan əvvəlki illərdə Gürcüstanın azərbaycanlılar çox yaşayan rayonlarında “Elat” adlı bayram keçirilirdi. Bayrama Azərbaycandan da nümayəndə heyyəti gəlirdi. Ancaq yeni hökümət bu bayramın formatını dəyişdirdi, miqyasını kiçiltdi. Mənim özümü 2014-cü ildən bəri Gürcüstana buraxmırlar” – deyə Məmmədli bildirir.
Zəlimxan Məmmədli həmçinin Gürcüstanı azərbaycanlı xalqı narahat edən məsələlərlə bağlı ehtiyatlı olmağa çağırır.
“Əlbəttə, istənilən ədalətsizlik, istənilən diskriminasiya Azərbaycan və Türkiyə tərəfindən cavabsız qalmayacaq. Gürcüstanın seçdiyi avrointeqrasiya yolu Azərbaycan və Türkiyə ilə yaxın əməkdaşlıqdan keçir”