Cəmiyyət

Daha bir cəbhəçi gənc həbs edilib

1 dəqiqə
Daha bir cəbhəçi gənc həbs edilib

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının  gənc üzvü Məhərrəm Rzayev həbs edilib.

Bu barədə Abzas-a AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahim məlumat verib. Onun sözlərinə görə, Məhərrəm Rzayev Bakının Nizami rayonu ərazisində Laçın Ticarət Mərkəzində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

"Nizami Rayon Polis İdarəsindən Məhərrəm Rzayevin ailəsinin sorğusuna cavabda deyiblər ki, o Nizami rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib”.

Amma polisdən ailəsinə fəalın neçə sutka və hansı ittihamla həbs edilməsi barədə məlumat verməyiblər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun