Ermənistanın bir sıra saytları Rusiyada bloklanıb.
Məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi də təsdiqləyib.
"Rusiyada Ermənistanın bir sıra saytlarının bloklanması texniki xarakter daşıyır", - Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan deyib.
Onun sözlərinə görə, məsələ Rusiyanın Ermənistandakı səfirliyinin daimi diqqətindədir və səfirlik Rusiyanın səlahiyyətli orqanları ilə gündəlik ünsiyyətdədir.