Fevralın 12-də Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının iki üzvü həbs edilib.
Məlumata görə, saxlanılmış fəallar Mahir Rüstəmli və Hidayət Rəsulzadə inzibati qaydada 15 sutka həbs edilib.
Partiyanın açıqlamasına görə, fəallar Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 sutka azadlıqdan məhrum ediliblər.
Fevralın 11-də beş nəfər AXCP fəalı digər AXCP üzvü, 30 sutka həbs olunmuş Zahir Məmmədliyə dəstək olmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında toplaşıblar.
Saxlanılan şəxslərdən üçünü buraxıblar, ikisi bu gün Sumqayıt Şəhər Məhkəməsinə çıxıb.
AXCP fəalların siyasi motivlərlə təqib olunduğunu bildirir.