Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oqtay Gülalıyev bu gün saat 17:00-da DİN-ə çağırılıb.
Hüquq müdafiəçisinin həmkarları hesab edirlər ki, bu, SMMM-in bu yaxınlarda işgəncələrlə bağlı hesabatını dərc etməsi, Gülalıyevin siyasi məhbuslara təzyiq haqqında nəşri ilə bağlı ola bilər.
Bundan başqa, dünən o, hüquq müdafiəçilərinin 2018-ci il iyulun 25-də güc qurumlarının Gəncə hadisələri ilə əlaqədar keçirdikləri xüsusi əməliyyat zamanı öldürülmüş Ağa Sərxaninin həyat yoldaşı ilə görüşü haqqında post dərc edib.
Sərxaninin cəsədi yeddi aydır ki, ailəsinə verilmir.
Gülalıyev qeyd edirdi ki, iyulun 3-də Gəncə icra başçısı Elmar Vəliyeva qəsd zamanı Sərxani ümumiyyətlə Azərbaycanda olmayıb, baxmayaraq ki, hüquq-mühafizə orqanları onu sui-qəsdin təşkilində və onda iştirakda şübhəli biliblər.
Gülalıyev öldürülən şəxsin həyat yoldaşına istinadla qeyd edir ki, Sərxani, DTX və DİN-in məlumatında iddia olunduğuna baxmayaraq, heç vaxt Suriyada olmayıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, ərinin cəsədinin təhvil verilməsinə nail olmağa çalışan Sərxaninin həyat yoldaşına ondan imtina etməsi üçün təzyiq göstərilib. Amma o, nəinki imtina etməyib, əksinə, həyat yoldaşının ölümünün hal və şərtlərinin araşdırılmasını tələb edib.
Gülalıyev qeyd edirdi ki, Sərxani məhkəmə qərarı və dəlil olmadan öldürülüb və cəmiyyət buna biganə qalmamalıdır.
O, Sərxaninin cəsədinin ailəsinə təhvil verilməsini və onun ölümündə təqsirli olanların cəzalandırılmasını tələb edib.
Gülalıyev özü DİN-də olduğuna görə şərh almaq üçün onunla əlaqə saxlamaq mümkün olmayıb.
DİN-in mətbuat xidmətindən də şərh almaq mümkün olmayıb.