Milli Şura növbəti mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Mitinq fevralın 23-nə təyin edilib.
Bu barədə Milli Şura sədri Cəmil Həsənli məlumat yayıb.
Məlumatda deyilir ki, Milli Şura mitinq qərarı verib və növbəti aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.
"Gələn şənbə günü, fevral ayının 23-də, saat 15:00-17:00 arasında Məhsul stadionunda Milli Şura mitinq keçirəcək".
Milli Şura sədri bildirib ki, mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və sair demokratik çağırışlardan ibarətdir.