Qaydasız döyüş ustası və UFC üzrə dünya çempionu dağıstanlı döyüşçü Həbib Nurmaqemedov oktyabr ayında irlandiyalı Konor Makqreqorla təkbətək döyüşdən sonra onun komandası ilə dava salmışdı.
Buna görə ABŞ-ın Nevada ştatının Atletika Komissiyası idmançını fevralın 15-də cərimələyib.
Makqreqorla döyüşdən sonra öz komandası ilə Makqreqorun komandası arasında baş vermiş davaya görə Həbib Nurmaqemedov fevralın 15-i 500 min dollar cərimə ödəyib.
O, idman qaydalarına və etikasına əməl etmədiyi üçün təkcə öz yerinə yox, komandasının üzvləri Abubəkir Nurmaqemedov və Zubeyir Tuxuqovun hərəsinə 50 min dollar olmaqla cərimələrini ödəyib.
Bundan əlavə Nevada ştatının Atletika komitəsi Nurmaqemedova altı aylığına döyüşlərə çıxmağı qadağan edib.
Nurmaqemedovun xərci bununla bitmir o həm də vəkil xərclərini də ödəyib, bu da 200 min dollar edir.
Digər tərəfdən Nurmaqemedovun dünya çempionu kəmərini özündə saxlamaq uğrunda apardığı döyüşdəki rəqibi Konor Makqreqor da cəzalandırılıb. O da altı aylığına döyüşlərdə iştirak edə bilməyəcək və 50 min dollar cərimə ödəməli olub.
Bu qərarı şərh edən Həbib Nurmaqomedov bildirib ki, "Makqreqorla döyüşdən sonra baş verən insidentdə təşəbbüskar o olmayıb və Atletika komissiyasının qərarı siyasi qərardır".