Dünya

Ruhani xarici işlər nazirinin istefasını qəbul etməyib

1 dəqiqə
Ruhani xarici işlər nazirinin istefasını qəbul etməyib

İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefa ərizəsini qəbul etməyib.

Barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi "Telegram" kanalında məlumat verib.

Bundan əvvəl Məhəmməd Cavad Zərif “İnstagram” səhifəsində istefa verdiyini açıqlamışdı.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun