Cəmiyyət

Siyasi fəal Zakir Kərimli 15 sutka həbs edilib

1 dəqiqə
Siyasi fəal Zakir Kərimli 15 sutka həbs edilib

Millətçi Gənclər Təşkilatlının İdarə Heyətinin üzvü Zakir Kərimli fevralın 19-da polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilərək həbs edilib.

Bu barədə MGT-dən məlumat verilib.

Yasamal Rayon Məhkəməsi Zakir Kərimlini İnzibati Xətalar Məcəlləsinin 531.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə ittiham edilərək 15 sutka azadlıqdan məhrum edib.

Zakir Kərimli Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsidir.

Bildirilir ki, məhkəmə qapalı keçirilib: “Ona tutulan vəkili qəbul etməyib. Vəkil prosesdə onu qanunamüvafiq şəkildə müdafiə etməyib”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun