2019-cu il martın 28-də Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib. Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutub.
Məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında martın 29-da keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Avstriyaya işgüzar səfərə martın 28-də yola düşüb. Səfərdən məqsəd Qarabağ münaqişəsinin həli yollarını Ermənistan baş naziri ilə müzakirə etməkdir. Görüş ATƏT-in mİnsk qrupu həməsədrlərinin tşəbbüsü ilə baş tutub.
Xatırladaq ki, Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkə razılıına kimi Ermənistan Dağlıq Qarabağ bölgəsini və bura bitişik 7 rayonu işğal edib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.