Almaniyanın hakim partiyası Xristian-Demokrat İttifaqından (CDU) deputat Karin Strens lobbi firmasının vasitəsilə Azərbaycandan pul aldığını uzun illər gizli saxlayıb.
Lakin Spigel nərşi bu mövzuda yazı dərc etdikdən sonra Bundestaq deputatı böyük məbləğdə cərimələyib və ona töhmət verib.
Qəzetin məlumatına görə, Bundestaq qapalı iclasında deputatın 20000 avro məbləğində cərimə olunması barədə qərar qəbul edib.
Parlament koalisiyasının üzvü olan Sosial Demokra Partiyası (SPD) isə tələb edib ki, Strens mandatını təhvil versin. SPD millət vəkili onun istefa verməli olduğunu ibarəli cümlələrlə bildirib:
"Karin Strens papağını da götürüb getməlidir. Yaxud CDU özü onu qapının arxasına qoymalıdır. Korrupsiya kiçik məsələ deyil, bu, demokratiyanın təməl prinsiplərinin pozulmasıdır".
Alman deputat 2014-15-ci illərdə Line M-Trade lobbi firmasından 14 000-dən 30 000 min avroya qədər pul alıb. Digər deputat Eduard Lintner M-Trade-in Bakıdan maliyyələşdirildiyini təsdiqləyib.
K.Strens deputatların Davranış Kodeksini pozduğuna görə Avropa Şurası Parlament Assambleyası onun AŞPA-ya gəlişinə ömürlük qadağa qoyub.
2015-ci ildə K.Strens Avropa Şurasının yeganə alman üzvü olub ki, Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması tələbinin əleyhinə səs verib.
O həmçinin Azərbaycanda seçkilərə nəzarət missiyasında iştirak edib. Səfər Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib.
Sonradan K.Strens bildirib ki, maliyyələşmənin Bakıdan daxil olduğundan xəbərsiz olub.