Gürcüstan hüquq mühafizə orqanları Marneuli munisipal məclisinin (bələdiyyə) üzvü Rəhim Əsgərovu həbs edib. Məlumatı Marneuli munisipal yığıncağının sədri Amiran Qiorqadze də təsdiqləyib.
Rəhim Əsgərov dünən axşam bələdiyyə yaxınlığında həbs olunub. Yayılan məlumata görə o rüşvət almaqda ittiham olunur. Gürcüstan televisiyası Əsgərovun rüşvət aldığı yerdə gizli kamera ilə çəkilmiş videosunu yayıb.
Rəhim Əsgərov "Vahid Milli Hərakat" partiyasının üzvüdür. O bələdiyyəyə partiya siyahısından düşüb.