Cəmiyyət

Gəncə hadisələrinə görə həbs edilənlərin anaları Bakıda piket keçirir [video]

1 dəqiqə
Gəncə hadisələrinə görə həbs edilənlərin anaları Bakıda piket keçirir [video]

Prezident Administrasiyası qarşısında Gəncə hadisələrinə görə həbs edilən şəxslərin anaları və yaxınları etiraz aksiyası keçirir.

Etiraz edən analar polis idarəsində və istintaq dönəmində övladlarına verilən işgəncələrdən danışıblar. Anlar ölkə başçısı və onun xanımından övladlarının məhkəmələrinin ədalətli keçirilməsi üçün rica ediblər.

Xatırladaq ki, 2018-ci ildə Yunus Səfərov adlı Gəncə sakininin Gəncə rayon icra başçısını vurmasıyla başlayan hadisələr zamanı 2 nəfər polis işçisi olmaqla öldürülüb, 77 nəfər həbs olunub.

[embed]https://www.youtube.com/watch?v=V8Ho1oXIvik&feature=share[/embed]

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun