Siyasət

İlham Əliyev siyasi və məhkəmə-hüquq sahəsində islahatlar edəcəyini deyib

1 dəqiqə
İlham Əliyev siyasi və məhkəmə-hüquq sahəsində islahatlar edəcəyini deyib

Prezident İlham Əliyev siyasi və məhkəmə-hüquq sahəsində islahatların olacağını anons edib.

"İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir", - prezident İ.Əliyev martın 20-də Novruz bayramı münasibətilə xalqa videomüraciətində deyib.

Onun sözlərinə görə, bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.

Qeyd edək ki, bu, İ.Əliyevin Novruz bayramı münasibətilə xalqa ikinci təbrikidir.

Martın 18-də prezidentin xalqa qısa müracətinin mətni yayılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun