Şimali Koreya Xalq Demokratik Respublikasında xalqın təqribən yarısı aclıqdan əziyyət çəkir. BMT-nin məlumatına görə bu il quraqlıq üzündən məhsuldarlığın pis olması nəticəsində Şimali Koreya xalqının təqribən yarısı, yəni 11 milyon insan aclıq çəkir. Buna baxmayaraq KXDR höküməti Sohe şəhərindəki dağılmış raket poliqonunu yenidən qurmağa başlayır.
BMT Şimali Koreyada son 10 ilin ən aşağı məhsuldarlığının müşahidə olunduğunu bildirərək həyacan
təbili çalır. Keçən ilki quraqlıq və kənd-təsərrüfatına yararlı torpaqların az olması, qeyri-effektiv idarəetmə Şimali Koreyada məhsuldarlığın azalmasına səbəb olub. Nəticədə ölkədə qida və su çatışmamazlığından əziyyət çəkən insanların sayı 10,9 milyon yəni ölkə əhalisinin 43 faizinə çatıb - deyə BMT-nin bu haqda martın 6-da yaydığı hesabatında deyilir.
BMT-nin Şimali Koreya üzrə koordinatoru
Tapan Mişra beynəlxalq ictimaiyyətə çağırış edib. O KXDR-nın xalqının humanitar yardıma olduqca çox ehtiyac duyduğunu deyir. O qeyd edib ki, 2018-ci ildə bu ölkəyə edilən maliyyə yardımı ilə xalqın cəmi dörddə birinə yardım çatdırmaq mümkün olub.